“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov zaman-zaman mediada tənqid olunur.

Rekord.az xəbər verir ki, ölkə kubokunu qazanmasına baxmayaraq, onun məşqçilik bacarığı, savadı hələ də şübhə ilə qarşılanır.

41 yaşlı məşqçinin başqa bir mənfi xüsusiyyəti də köməkçiləri ilə yola gedə bilməməsidir. Deyilənə görə, “Qəbələ”də də eyni problem yaşayırdı. “Keşlə”də isə bu, daha qabarıq özünü göstərdi. Belə ki, həm Kamal Quliyev, həm də Azər Bağırov məhz Sənan Qurbanovla yola gedə bilmədikləri üçün “Keşlə”dən ayırılmışdılar.