Seneqallı hücumçu rəsmən “Fənərbaxça”da!
- 18 Avq 2020 19:00
- 713
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi “Kasımpaşa”dan Mame Tiamı transfer edib.
Bu barədə klubun saytı məlumat verib. Seneqallı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
27 yaşlı hücumçu son mövsümdə “Kasımpaşa”nın heyətində meydana çıxdığı 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.