Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş türkiyəli tanınmış müğənni Tarkana müraciət edib.

Rekord.az xəbər verir ki, millinin baş məşqçisi “Fanatik”ə verdiyi açıqlamada, Tarkandan AÇ-2020-nin oyunları üçün DÇ-2002-də olduğu kimi, bir mahnı bəstələməsini xahiş edib:

“2002-ci ildəki dünya çempionatının oyunlarından əvvəl Kosta Rikaya matç izləməyə getmişdim. Bir diskotekada Tarkanın mahnısı səsləndirilirdi. Çox bəyənmişdim. DÇ-2002-də Tarkanın “Bir oluruz yolunda” mahnısı milli komandanın ruhunu oxşamışdı. Hazırkı milli komandamız üçün də AÇ-2020-nin oyunlarından əvvəl mahnı bəstələməsini istəyirəm. Tarkan DÇ-2002-dəki mahnısı ilə bizə çox kömək etdi. İndi ondan yeni mahnı gözləyirik”.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.