"Allahıma şükür edirəm və bütün futbolçuları təbrik edirəm.Bizdən güclü rəqibə qarşı oynadıq. Fransa daha yaxşı oynadı, bir çox qol epizodu yaratdı. Ehtiyatlı oynamaq məcburiyyətində idik. Futbolçularım yaxşı oyun nümayiş etdirdilər və layiq olduqları 1 xalı qazandılar. Çox çətin matç idi. Təkcə stadionda yox, dünyanın hər yerindən türk azarkeşlərin bizdən gözləntilərini bilirik. Onlara dəstəklərinə görə təşəkkür edirəm. Üzərimizdə ağır məsuliyyət var.Onlara ümid verdik və həmin ümidi xoşbəxtliyə çevirmək istəyirik. Oyunçularımın alnından öpürəm. Qrupu lider kimi bitirə bilərik, amma hələ bu, dəqiqləşməyib. 1 ay sonrakı matça hazırlaşmalıyıq. Qaranlıqdan aydınlığa doğru gedirik".

 

 

Rekord.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avro-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.

 

"Fransa kimi güclü bir komanda ilə 2 dəfə oynayıb 4 xal qazanmaq və lider olmaq bizi sevindirdi. Fransa ilə görüşə final demişdik, amma əsl final İslandiya ilə qarşılaşma olacaq. Onlarla matçda ən azı bərabərə qalmalıyıq, amma qələbə qazansaq, liderliyimiz davam edəcək" - deyə o bildirib.



Ş.Güneş siyasətin stadionlara daşınmasının tərəfdarı olmadığını bildirib: “İnsanlıq hara gedir, dünya liderləri nə edirlər? Hər şey bir ölkə ilə olmaz. Terrorun olduğu yer hamımızı narahat edər. Bütün insanların xoşbəxt olmaması bizi üzür. Almaniya, İngiltərə və ya Fransa fərq etməz. Dünya kiçildi və qloballaşdı. İnsanlara bu hücumlar doğru deyildir. Ölkəmizlə bağlı iddialara kaş ki, məruz qalmasaydıq. İnsanların xoşbəxt olması üçün nə edə bilərik? Əsas olan budur. Bir ay öncə Fransaya gəldim. Burada türklər də, kürdlər də var idi. Biz ölkəmizdə qalmaq istəyirik, heç bir ölkədə köçmək fikrində deyilik. Parisdə şiddət olsa, fransızlar da üzülər. Əsgər salamı verməkdə pis niyyətimiz yoxdur. Əsgərlərimizi kimisə öldürməyə deyil özümüzü qorumağa göndəririk. Bu mənim işim deyil. Donald Trampın, Emmanuel Makronun işidir. Onlar dünyanı idarə edirlər, mən isə balaca bir komandanı çətinliklə idarə edirəm”.