Şenol Günəş yenidən "Trabzonspor"da
- 03 Sen 2024 20:00
- 135
Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 72 yaşlı mütəxəssis "Trabzonspor"a baş məşqçi təyin olunub.
Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Günəşlə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Şenol Günəşin son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən ayrılıb. Mütəxəssis 1986, 1988-89, 1993-97, 2005 və 2009-2013-cü illərdə də "Trabzonspor"a baş məşqçilik edib.
Günəş 2000-2004 və 2019-2021-ci illərdə Türkiyə millisini çalışdırıb.