Sentyabradək futbolsuz qalacağıq?
- 15 Mar 2020 15:00
- 997
Avropanın futbol turnirlərində yaranan fasilə sentyabradək uzadıla bilər.
Rekord.az xəbər verir ki, qısa müddətlik təxirə salınan bütün liqalar koronavirus pandemiyası səbəbiylə sentyabradək dayandırıla bilər.
Bu barədə İngiltərə mətbuatı məlumat verib. Hazırda əksər liqa rəhbərlərinin bu məsələyə müsbət yanaşdıqları və müzakirələrin aparıldığı bildirilir.
Bundan başqa, UEFA AÇ-2020-ni də təxirə salmağa yaxındır. Martın 17-də milli futbol federasiyaları rəsmiləri ilə keçiriləcək görüşdə turnirin növbəti ilə təxirə salınması ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.