İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” münasibətilə yeniyetmələr (2010-2012-ci il təvəllüdlülər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. 

Rekord.az xəbər verir ki, yarışda 9 çəki dərəcəsi üzrə 40 idmançı iştirak edib.

Nəticələrə gəlincə, Qəhrəman Qəhrəmanlı 29 kq, Sadiq Heydərov 32 kq, Elxan Muradov 35 kq, Hüseyn Cəfərov 38 kq, Ramal Rüstəmov 42 kq, Uğur İsmayılov 47 kq, Mətin Cabbarov 53 kq, Əli Rzazadə 59 kq və Zülfüqar Məmmədli isə 66 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar. İlk üç yerin sahibləri diplomla təltif edilib.