Azərbaycanın sərbəst güləçiləri Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini üç medalla başa vurublar.


Rekord.az xəbər verir ki, son olaraq Murad Haqverdiyev (65 kq) gümüş mükafat əldə edib. O, finalda yerli idmançı Səlim Naimə uduzub.


Daha əvvəl Sadiq Mustafazadə (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) isə bürünc medal qazanıb.