Sərbəst güləşçilərdən DÇ-də daha bir uğursuz gün
- 16 Sen 2022 22:00
- 499
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.
Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimə xalların keyfiyyətinə görə (5:5) qalib gəlsə də, növbəti mərhələdə çinli Vanhao Jouya 3:5 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) ilk görüşdə bolqarıstanlı Miroslav Kirova qalib gəlib - 5:0. Həmyerlimiz 1/8 finalda kanadalı Casmit Fulkadan güclü olub - 9:0. Bayramov 1/4 finalda iranlı Yunis İmamiçoğayiyə uduzub - 4:8.
Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Maksvel Qaritaya (Kosta-Rika) heç bir şans tanımayıb - 10:0. Milli üzvü son Avropa çempionu Feyzullah Aktürkə (11:0) də vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında ikiqat dünya çempionu və olimpiya mükafatçısı Ceyden Koksla qarşılaşıb. Təcrübəli rəqib 7:0 hesablı qələbə qazanıb. Osman sabah bürünc medal uğrunda güləşəcək.