Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 4 üzvü çıxış edib.

Coşqun Əzimov (70 kq) 1/16 finalda monqolustanlı Temuulen Enxtuyaya sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Əşrəf Aşırov (79 kq) 1/16 finalda estoniyalı Erik Reinboka 5:2 hesabıyla qalib gəlib. Ancaq həmyerlimiz növbəti mərhələdə ukraynalı Vasili Mixaylovla bacarmayıb - 1:7.

Abubakr Abakarov (86 kq) ilk mərhələdə ukraynalı Xasan Zakariyevi mübarizədən kənarlaşdırıb - 5:4. Lakin 1/8 finalda gürcüstanlı Tarzan Maysuradzeyə uduzub - 1:3.

Aydın Əhmədov (125 kq) təsnifat mərhələsində dünya ikincisi Jivey Denqə (Çin) məğlub olub - 0:5.