Rusiyanın Kazan şəhərində BRICS Oyunları davam edir.

Rekord.az xəbər verir ki, artıq sərbəst güləş üzrə yarışa yekun vurulub.

Oyunlara məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında 9 güləşçiylə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

Qadjimurad Maqomedsaidov (97 kq) bütün rəqiblərinə qalib gələrək Tatarıstanın paytaxtında himnimizi səsləndirib. Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) və Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyevlə (61 kq) Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Beləliklə, sərbəst güləşçilər BRİCS Oyunlarında 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, bu qadın güləşi üzrə medalçılar müəyyənləşəcək.