Sərbəst güləşçilərdən MDB Oyunlarında 6 medal
- 10 Avq 2023 10:45
- 400
Azərbaycanın sərbəst güləş millisi Belarusda keçirilən 2-ci MDB Oyunlarını 6 medalla başa vurub.
Rekord.az xəbər verir ki, yığma yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib.
Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, sərbəst güləş yığmamız II MDB Oyunlarına məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında 9 nəfərlə yollanmışdı.