Sərbəst güləşçilərimiz Fransaya yollandılar
- 06 Avq 2024 12:52
- 154
Güləş üzrə olimpiya komandamızın son heyəti Fransaya yollanıb.
Rekord.az xəbər verir ki, sərbəst güləş üzrə komandamızın üzvləri – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (130 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.
Avqustun 8-də Əliabbasla Osman, növbəti gün Turan və Giorgi, ayın 10-da isə Hacı ilə Maqomedxan mübarizəyə başlayacaq.