Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Rekord.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.

Rzazadə rəqibinə məğlub olub - 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

86 kq-da mübarizə aparan digər güləşçimiz Osman Nurmaqomedov da bu gün mübarizəyə başlayıb. O, ilk görüşünə 1/8 finalda çıxıb. Osman monqolustanlı Baasanyarqal Byambasurenlə üz-üzə gəlib. İdmançımız 11:2 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb.

Olimpiada avqustun 11-də başa çatacaq.