Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda bu gün sərbəst güləş yarışlarının püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, sabah mübarizəyə qoşulacaq Azərbaycanın idmançılarının ilk rəqibləri müəyyənləşib.

57 kq

1/8 final: İslam Bazarqanov - Andriy Yatsenko (Ukrayna)

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Yeloyan (Fransa)

65 kq

1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)

70 kq

1/8 final: Gitinoməhəmməd Hacıyev - Məhəmməd Əbdülkərim (Küveyt)

79 kq

Təsnifat mərhələsi: Rəşad Yusifli - Məhəmməd Kotanoğlu (Türkiyə)

86 kq

1/8 final: Abubakr Abakarov - Əhməd Maqamayev (Bolqarıstan)

92 kq

Təsnifat mərhələsi: Hacımuard Məhəmmədsəidov - Straxinya Despiç (Serbiya)

97 kq

1/4 final: Şamil Zubairov - Samxan Cəbrailov (Moldova)

125 kq

Təsnifat mərhələsi: Cəmaləddin Məhəmmədov - Oktay Günter (Türkiyə)