Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

Rekord.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi - Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.

O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.

Olimpiada avqustun 11-də başa çatacaq.