DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Serbiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, sabah – oktyabrın 11-də yerli vaxtla saat 11:30-da Serbiya yığmasının matçdan öncəki son məşqinə start veriləcək. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq Serbiya yığmasının məşq mərkəzində baş tutacaq. Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviçin mətbuat konfransı isə saat 14:15-də başlayacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 18:30-da jurnalistlər önünə çıxacaq. Bundan yarım saat sonra Azərbaycan yığması ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Azərbaycan milli komandasının məşqi və mətbuat konfransı oyunun keçiriləcəyi Rayko Mitiç stadionunda olacaq.