Avropa çempionatının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutan Serbiya - İngiltərə matçının ən yaxşısı Cud Bellingem olub.

 

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə yeganə qolun müəllifi ən yaxşı oyunçu adına layiq görülüb.

 

C qrupunda keçirilən Serbiya - İngiltərə matçı ingilislərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.