Serbiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
- 01 Okt 2021 17:00
- 524
DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq və Azərbaycanla qarşılaşacaq Serbiya yığmasının heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Serbiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Millinin baş məşqçisi Draqan Stoykoviç 26 futbolçuya dəvət göndərib:
Qapıçılar: Predraq Raykoviç (“Reyms”, Fransa), Marko Dmitroviç (“Sevilya”, İspaniya), Mila Svilar (“Benfika”, Portuqaliya);
Müdafiəçilər: Stefan Mitroviç (“Xetafe”, İspaniya), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Uroş Spayiç (“Krasnodar”, Rusiya), Miloş Velkoviç (“Verder”, Almaniya), Straxinya Pavloviç (“Monako”, Fransa), Filip Mladenoviç (“Legiya”, Polşa), Matija Nastaşiç (“Fiorentina”, İtaliya);
Yarımmüdafiəçilər: Mixailo Ristiç (“Monpelye”, Fransa), Saşa Lukiç (“Torino”, İtaliya), Uroş Raciç (“Valensiya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Radonyiç (“Benfika”, Portuqaliya), Duşan Tadiç (“Ayaks”, Niderland), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Filip Buriciç (“Sassuolo”, İtaliya), Darko Lazoviç (“Verona”, İtaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Filip Kostiç (“Ayntraxt”, Almaniya), Marko Qruyiç (“Portu”, Portuqaliya);
Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Ayntraxt”, Almaniya), Duşan Vlahoviç (“Fiorentina”, İtaliya).
Sentyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya seçməsi, üç gün sonra Azərbaycan yığmasını qəbul edəcək.