Serbiya millisinin qapıçısı millimizə yuxarıdan aşağı baxır
- 05 Okt 2021 12:45
- 503
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Serbiya yığmasının qapıçısı Predraq Raykoviç komandamızla keçirəcəkləri matç haqqında danışıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı qolkiper deyib:
"Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq. Komandamız hər iki matçda nəzarəti əlində saxlamalıdır. Keyfiyyətli komandamız var və bunu qrupdakı digər qarşılaşmalarda göstərmişik. Hazırda yaxşı formadayam. İnanıram ki, qarşıdakı matçlarda qapımızın toxunulmazlığını qoruyacağam".
Qeyd edək ki, Serbiya millisi oktyabrın 12-si Azərbaycan yığmasını qəbul edəcək