Serbiya millisinin yeni bombardiri
- 28 Mar 2021 17:20
- 569
Futbol üzrə Serbiya milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Portuqaliya ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, 2:2 hesabıyla bitən qarşılaşma serbiyalı futbolçu Aleksandar Mitroviç üçün rekordla əlamətdar olub.
Belə ki, 26 yaşlı hücumçu komandasının ilk qolunu vuraraq, yığmada vurduğu qollarının sayını 39-a çatdırıb. Bununla da o, millidə ən çox qol vuran futbolçu ünvanına yiyələnib.
Serbiya milli komandasının əvvəlki bombardiri 38 qolla Stepan Bobek idi.