Serbiya və Slovakiya çempionları ÇL-in Liqa mərhələsində!
- 29 Avq 2024 01:10
- 159
Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün cavab oyunları çərçivəsində son 4 matç baş tutub.
Bu görüşlərdən sonra Liqa mərhələsinə son vəsiqələrin sahibləri müəyyənləşib. Azərbaycan çempionu “Qarabağ” da 36 ən güclü sırasına düşmək üçün mübarizə aparıb. Komandamız hər iki oyunda "Dinamo"ya uduzub və ÇL-dən kənarda qalıb.
“Dinamo” kimi, "Srvena Zvezda", "Lill" və "Slovan" da mərhələ adlayıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust
“Qarabağ” (Azərbaycan) - “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2 (0:3)
“Slaviya” (Praqa, Çexiya) - “Lill” (Fransa) 2:1 (0:2)
“Srvena Zvezda” (Serbiya) - “Bodo Qlimt” (Norveç) 2:0 (1:2)
“Slovan” (Slovakiya) - “Midtyulland” (Danimarka) 3:2 (1:1)