Serbiya yığması Stoykoviçə tapşırıldı
- 03 Mar 2021 18:30
- 657
Serbiya Futbol Federasiyası bu ölkənin yığma komandasının yeni baş məşqçisi Draqan Stoykoviçi rəsmən ictimaiyyətə təqdim edib.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Xəbərdə Stoykoviçlə 3 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
56 yaşlı mütəxəssis keçmiş Yuqoslaviya yığmasının və “Srvena Zvezda”nın əfsanəvi oyun qurucusu olub. O, 1992-cü ildə Marsel “Olimpik”i ilə UEFA Çempiolar Liqasının qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya ilə yanaşı, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığmamız serblərlə ilk oyununu martın 30-da, Bakı Olimpiya Stadionunda keçirəcək.