Serbiyalı futbolçu yenidən Azərbaycanda oynaya bilər
- 23 Yan 2024 13:30
- 201
Serbiyalı futbolçu Matiya Lyuyiç yenidən Azərbaycanda oynaya bilər.
Rekord.az “csakfoci.hu” saytına istinadən xəbər verir ki, Macarıstanın “Uypeşt” klubunun yarımmüdafiəçisi Premyer Liqadan təklif alıb.
Ötən mövsüm icarə əsasında “Səbail”də çıxış etmiş 30 yaşlı orta sahə oyunçusu “Uypeşt”də əsas heyətə düşməkdə çətinlik çəkir. Bu səbəbdən klubu onunla yolları ayırmağın əleyhinə deyil. Lyuyiç üçün hələlik ən real variantın adı açıqlanmayan Azərbaycan klubu olduğu bildirilir.
Lyuyiç 2022/2023 mövsümünün ikinci yarısında “Səbail”in formasını geyinib.