Serbiyalı hücumçu dünyanın ən bahalı oyunçusu oldu
- 16 Yan 2024 11:01
- 304
Serbiyanın qadın voleybolşulardan ibarət millisinin üzvü Tijana Boskoviçin növbəti mövsüm üçün çıxış edəcəyi komandanın adı dəqiqləşib. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçu karyerasını hazırda çıxış etdiyi Türkiyənin "Eczaçıbaşı" klubunda davam etdirəcək.
Dünya voleybolunun ən güclü oyunçularından olan Boskoviç "Eczaçıbaşı"ndakı 10-cu mövsümündə alacağı maaşla da yadda qalıb. Belə ki, komanda 2024/25 illər mövsümü üçün voleybolçuya 2 milyon 500 min avro ödəcəyək.Bununla da 27 yaşlı serb ulduz dünya voleybolu tarixində ən bahalı qadın voleybolçu olub. Müqayisə üçün bildirək ki, o, "Eczaçıbaşı" klubunda çıxış etdiyi ilk mövsümdə 108 min avro maaş almışdır.
Qeyd edək ki, hazırda və tarixin ən yaxşı voleybolçularından olan Boskoviç "Eczaçıbaşı" klubu ilə Klublararası dünya çempionatında qızıl, gümüş və bürünc medallar qazaqnıb. Həmçinin iki dəfə CEV kubokuna, 3 dəfə Türkiyə Super Kubokuna, bir dəfə Türkiyə kubokuna, eləcə də bu yarışlardla yanaşı, ölkə birinciliyində digər əyarlı medallara da sahib çıxıb. Boskoviç Serbiya millisi ilə 2 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu olub. Eyni zamanda, ikiqat olimpiya mükafatçısı və digər medalların sahibidir. Tijana iki dəfə ardıcıl olaraq mundialın ən dəyərli oyunçusu seçilməklə yanaşı, müxtəlif beynəlxalq yarışlarda bir sıra fərdi mükafatlar qazanıb.