Serbiyalı hücumçu hansı klubumuza gəlir?
- 28 Dek 2019 15:00
- 1526
Mövsümün ikinci yarısı haqqında düşünən “Keşlə” heyətini serbiyalı hücumçu ilə gücləndirmək istəyir.
Rekord.az xəbər verir ki, paytaxt klubu Bosniya və Herseqovinanın “Tuzla Siti” klubunda çıxış edən Voyo Ubiparipi heyətinə qatmaq fikrindədi.
Forvardı izləyən “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov onun oyunundan razı qalıb. Lakin tərəflər hələ ki, maddi məsələlərdə ortaq məxrəcə gələ bilməyib. (futbolinfo.az)