"İlk rəqibimiz bizə hələ tanış deyil”.

Rekord.az xəbər verir ki, bunu "Çukariçki"nin idman direktoru Vladimir Matiyaşeviç Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışıb.

Serbiya klubu "Sumqayıt"la ilk oyununu iyulun 22-də evdə keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

V.Matiyaşeviç "Çukariçki"nin 6 il əvvəl "Qəbələ" ilə oyunda olduğu kimi, yenə uzun yol qət edəcəklərini xatırladıb:

“Bütün təfərrüatları yaxın günlərdə biləcəyik. Amma bizi uzun yolun gözlədiyinin fərqindəyik. Bu səbəbdən, yerli iqlimə uyğunlaşmağımız lazımdır.

Eyni istiqamətə səyahət təcrübəmiz var. 6 il əvvəl "Qəbələ" ilə oynayaraq, uğursuzluğa düçar olmuşduq (1:0, 0:2 - red.).

Ümidvaram ki, indi nəticə müsbət olacaq. Öz meydanımızda keçirəcəyimiz ilk oyuna hazırlaşırıq. Qol buraxmadan qazanacağımız qələbə cavab görüşü üçün üstünlük olacaq".