Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 14-cü turunda iki qarşılaşma baş tutub. 

“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan tura "MOİK" - "Murov" matçı ilə start verilib. Qarşılaşma "Murov"un üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən "Murov" 3 xalı 3 setlə qazanıb - 3:0 (25:18, 25:23, 25:8)

Günün ikinci matçında "Sərhədçi" ilə "Ekspress" üz-üzə gəlib. Bu görüşün qalibi 4 hissədə müəyyən olunub. İlk iki setdə (25:22, 27:25) hesabı ilə qalib gələn "Sərhədçi" üçüncü hissəni 13:25 hesabı ilə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. "Sərhədçi" bu seti 25:23 hesabı ilə qalib gələrək, çempionatda ilk qələbəsini qazanıb-3:1 (25:22, 27:25, 13:25, 25:23)

Beləliklə, XIV turdan sonra "Murov" 29 xalla turnir cədvəlinə liderlik edir, bu turda istirahət edən "Neftçi"nin 28, "MOİK"in 18,"Ekspress"in 6, "Sərhədçi"nin 3 xalı var.