Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib.

Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Sərhədçi" klubları üz-üzə gəliblər. 

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzri" pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb. Oyuna fəal başlayan "Sərhədçi" rəqibi üzərində 98:70 hesablı qələbə qazanaraq pley-off şanslarını artırıb. Məlumat üçün xatırladaq ki, bu turda "Sumqayıt" klubu "Sabah" kollektivinə məğlub olarsa, "Sərhədçi" 6-cı pillədən pley-off yarışına vəsiqəni təmin edəcək.

Ən məhsuldar basketbolçular "Xəzri"də Yusuf Mohəmməd (24 xal, 4 ribaund), "Sərhədçi"də Cəbrayıl Əkbərov olub (18 xal, 8 ribaund).

17-ci turun növbəti oyunları ("Neftçi" - "Xırdalan", "Sumqayıt" - "Sabah", "Cəlilabad" - "NTD-İNDİQO", "Şəki" - "Gəncə") 11, 12, 13 və 14 aprel tarixlərində baş tutacaq.