"Sabah" klubu Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.

Rekord.az xəbər verir ki, adıçəkilən komanda yeni baş məşqçi Rimas Kurtinaytisin debüt oyununda "Sərhədçi"ni üstələyib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə "Sabah" rəqibini 96:71 hesabı ilə məğlub edib.