
“Sərhədçi” “Sumqayıt”a ikinci oyunda məğlub oldu
- 14 Apr 2025 23:05
- 68
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, "Sərhədçi" və "Sumqayıt" kollektivlərinin görüşündə ikincilər 100:95 hesablı qələbə qazanıblar.
İlk qarşılaşmada "Sərhədçi" komandası qalib gəldiyi (123:97) üçün pley-offa vəsiqə qazanacaq tərəfin adına üçüncü matçda aydınlıq gələcək.
Pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa adlayır.
Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" "Quba"nı (88,74, 92:88) məğlub edərək pley-offa yüksəlib. "Ordu" - "Quba" cütünün qalibinin adına isə üçüncü görüşdən sonra aydınlıq gələcək.