"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.


Rekord.az xəbər verir ki, paytaxt klubu amerikalı Cimmi Nikolsla anlaşıb.


Oyunçu artıq komandanın məşqlərinə də qoşulub. O, sabah "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının 14-cü turunun matçında meydana çıxa biləcək.


"Neftçi" - "Sərhədçi" qarşılaşması fevralın 6-da, saat 19:00-da start götürəcək.