Azərbaycan Basketbol Liqasında 2-ci turun daha bir oyunu arxada qalıb.

Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə "Sərhədçi" "Abşeron"la qarşılaşıb.

Matç birincilərin 79:70 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Günün ilk qarşılaşmasında "Ordu" "Şəki"yə 104:84 hesabı ilə qalib gəlib.

2-ci tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq.