“Şerif” Nurlan Novruzovun komandasını yarımfinala buraxmadı
- 30 Okt 2019 11:20
- 734
Futbol üzrə Moldova kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Şerif”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda biabırçı hesabla uduzub. Halbuki, “Dinamo-Avto” səfərdə baş tutan ilk oyunda 1:0 qalib gəlmişdi. Bu məğlubiyyətdən sonra Novruzovun komandası kubokda mübarizəni dayandırıb.
Nurlan da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.