“Şerif” “Qarabağ”la oyundan öncə koronavirus testindən keçdi
- 24 Avq 2020 21:30
- 661
Moldovanın “Şerif” klubunun kollektivi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la matçdan öncə koronavirus testindən keçib.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tiraspol təmsilçisinin bütün futbolçularının və məşqçilər heyətinin test nəticəsi mənfi olub. Test nəticələri UEFA-ya göndərilib. Moldova çempionu sabah çarter reysi ilə Bakıya yollanacaq.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçına saat 20:00-da start veriləcək.