![photo](https://rekord.az/uploads/5/8308d95a-c116-3683-a4e6-9a1201a20492-850-600x300.jpg)
“Şerif” - “Zirə” matçının biletləri satışa çıxarıldı
- 2024-07-03 17:30
- 73
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Şerif” (Moldova) – “Zirə" matçının biletləri satışa çıxarılıb.
Rekord.az Moldova təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 50-250 rubl (5-27 manat) aralığında olacaq.
"Şerif" və "Zirə" arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.