“Şerif”ə məğlubiyyət böyüməyimizə imkan yaradacaq” - Rəşad Sadıqov
- 18 İyl 2024 23:33
- 217
“Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq”.
Rekord.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif"lə (Moldova) cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları görüşü şərh edib:
"Belə görüşdən sonra oyunu şərh etmək çox çətindi. Matç boyunca üstün olan tərəf idik. Rəqibin cuzi hücumlarının qarşısını almağa çalışırdıq. Təəssüf olsun ki, alınmadı. Aldığımız qırmızı vərəqə görüşə təsir etdi. Ara sıra əks hücumlara çıxırdıq, futbolçularım layiqli mübarizə apardı. Nəticəyə görə məyusuq. Lakin bu məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq. Təbii ki, düzgün təhlillər aparsaq”.
Qeyd edək ki, Avropa Liqasında "Şerif"ə penaltilər seriyasında məğlub olan (4:5) "Zirə" mübarizəni Konfrans Liqasında davam etdirəcək.