“Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik”.

Rekord.az xəbər verir ki, bunu "Şerif"in kapitanı Mussa Kiabu Moldovada "Zirə"yə qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Malili yarımmüdafiəçi qarşılaşmanın onlar üçün çox önəmli olduğunu söyləyib:

"Bir neçə həftədir ki, bu görüşə hazırlaşırıq. Avrokubokda ilk matçımızdır. Komandaya yeni qoşulanlar var. Bizim vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir".

"Şerif" və "Zirə" arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.