Şərurun Aralıq kəndində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş minifutbol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, idarə, müəssisə və təşkilatları əhatə edən yarışa 14 komanda qatılıb.

Uşaq-Gənclər İdman Məktəbinin komandası yarışın qalibi adını qazanıb. Ticarət Mərkəzinin komandası ikinci, YAP Şərur Rayon Təşkilatının komandası isə üçüncü olub.