Naxçıvan MR-nın Şərur rayon Arbatan kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin komandaları arasında şən startlar əyləncəli idman oyunu keçirilib.

Rekord.az xəbər verir ki, yarışmada 4 komandadan ümumilikdə 40 şagird iştirak edib.

İlk üç yerdə qərarlaşan komandalar diplomla mükafatlandırılıb.

Nəticələr:

1-ci yer: Arbatan kənd tam orta məktəbi

2-ci yer: Çərçiboğan kənd tam orta məktəbi

3-cü yer: Ərəbyengicə kənd tam orta məktəbi