Şərur rayonunda yeniyetmə və gənc güləşçilər arasında şəhid Şəfiyev Rasim Vəli oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Rekord.az-ın Naxçıvan MR Gənclər və İdman Nazirliyindən əldə etdiyi məlumata görə, yarışda 10-12, 13-14 və 15-17 yaş qrupları üzrə 76 idmançı iştirak edib.

18 çəki dərəcəsində qaliblər müəyyənləşib, ilk üç yerin sahibləri diplomla mükafatlandırılıb.

Açılış mərasimində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidimizin övladı Elvin Şəfiyev açılış və mükafatlandırma mərasimində iştirak edib.