![photo](https://www.rekord.az/storage/uploads/4/serxan-5.jpg)
Sərxan Hacıyev: “Bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq”
- 05 Okt 2023 16:24
- 451
Özbəkistanın paytaxtı Daşkənddə FIFA-nın Avropa və Mərkəzi Asiya üzrə üzv assosiasiyaları arasında əməkdaşlıq və bilik mübadiləsi seminarı keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev seminarla bağlı qurumun mətbuat xidmətinə fikirlərini bölüşüb:
"Bu tədbir onunla xüsusidir ki, Avropa və Asiya federasiyaları burada iştirak edir. İki müxtəlif kontinent təcrübələrini bir-biriləri ilə bölüşürlər. Birmənalı şəkildə demək olar ki, bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq.
AFFA adından FIFA-ya, Özbəkistan Futbol Federasiyasına minnətdarlığımı bildirirəm. Federasiya olaraq öz tərəfimizdən infrastruktur layihələri ilə bağlı təcrübələrimizi bölüşdük.Həmçinin, digər federasiyalardan müəyyən təcrübə topladıq".