Elxan Məmmədov əli yavaş-yavaş AFFA-dan çəkilir. Fransaya getdiyi ilk vaxtlarda Bakı ilə əlaqə saxlayıb yerinə qoyduğu kadrı Sərxan Hacıyevə bəzi məsləhətləri verməkdə davam edirmiş.

Lakin Rekord.az-a etibarlı mənbədən ötürülən məlumata görə, məsələdən xəbər tutan "yuxarılar" Hacıyevə ciddi xəbərdarlıq edib.

Xəbərdarlıq ediblər ki, Məmmədovla əlaqə saxlamaq, ona AFFA-nın daxilinə müdaxilə etmək imkanı vermək qəti qadağandır.