Serxio Aquero xəstəxanalıq oldu
- 31 Okt 2021 14:00
- 424
“Barselona”nın futbolçusu Serxio Aqueronun səhhətində problem yaranıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın 12-ci turunun “Alaves”lə matçının ilk hissəsində sinəsində narahatlıq hiss edib. Aquero bundan sonra 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib.
“Barselona” klubu hadisə ilə bağlı açıqlama yayıb və Aqueronun matçdan sona kardioloji müayinədən keçdiyi bildirilib. Argentinalı futbolçunun son durumu haqda başqa məlumat verilməyib.
“Barselona” – “Alaves” matçı 1:1 hesabıyla bitib.