Serxio Ramos 100-ə çatdı, ÇL-də yeni rekorda imza atdı
- 04 Noy 2020 14:12
- 574
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Milan “İnter”i ilə qarşılaşan Madrid “Real”ı bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
Rekord.az xəbər verir ki, bu görüş İspaniya klubunun kapitanı Serxio Ramos üçün əlamətdar olub.
Oyunun 33-cü dəqiqəsində fərqlənən təcrübəli futbolçu komandasının ikinci qolunu vurub. Bu, Ramosun Madrid klubunda yüzüncü qolu olub.
Qeyd edək ki, Ramos 100 qoldan 55-ini başı ilə vurub. “Sevilya”nın yetirməsi olan 34 yaşlı futbolçu 2005-ci ildən “Real”da çıxış edir.
Ramos bu oyunda fərqlənməklə ÇL-də yeni rekord da müəyyənləşdirib. Belə ki, ispan müdafiəçi qitənin ən nüfuzlu klub turnirində başla vurduğu qolların sayını 8-ə çatdırıb. Əvvəlki rekord “Çelsi”nin heyətində ÇL çərçivəsində başla 7 qola imza atmış Con Terriyə məxsus idi.