Futbol üzrə İspaniya millisi UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində Ukraynaya 4:0 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu oyun ispanların kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Belə ki, oyunda iki qolla yadda qalan 34 yaşlı futbolçu, millidə vurduğu qolların sayını 23-ə çatdırıb. O, bu göstəriciyə 172 oyunda nail olub. Bununla da, o, yığma komandaların heyətində ən çox qol vuran müdafiəçi olub.

Daha əvvəlki ən yaxşı göstərici Argentina millisinin 22 qol vuran sabiq üzvü Daniel Passarellaya məxsus idi.