Serxio Roberto ilkə imza atdı
- 22 Dek 2023 13:40
- 237
“Barselona”nın müdafiəçisi Serxio Roberto İspaniya çempionatının 18-ci turunun “Almeriya” ilə qarşılaşmasında (3:2) iki qol vurub.
Rekord.az “Opta”ya istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçu karyerasında ilk dəfə Kataloniya klubunun heyətində dubla imza atıb.
“Barselona” 38 xal toplayaraq La Liqanın turnir cədvəlində 3-cü pilləyə yüksəlib.