“Yuventus”un və Polşa millisinin sabiq qapıçısı Voytsex Şesnının “Barselona”ya keçidi rəsmiləşib.

Rekord.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə 2025-ci il iyunun 30-dək olan müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şesnı Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran Kataloniya klubundan gələn təklifə görə futbolu davam etdirmək qərarına gəlib. Ter Ştegen dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.