"Qalatasaray" və "Fənərbaxça" komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Super Kuboku uğrunda oyun ləğv edilib.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hər iki komanda Səudiyyə Ərəbistanındakı görüşdə stadiona getməyiblər. Türkiyə Futbol Federasiyasının bu matçı ləğv etməsinə Səudiyyə Ərəbistanı tərəfinin Türkiyənin himninin səsləndirilməsi də daxil olmaqla iştirakçı komandalara müxtəlif qadağalar qoyması səbəb olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.