Şevçenko ilə bağlı qərar rəsmən açıqlandı
- 08 İyn 2020 12:41
- 655
Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə bağlı yekun qərarı açıqlayıb.
Rekord.az xəbər verir ki, bunu federasiyanın prezidenti Andrey Pavelko qurumun İcraiyyə Komitəsinin iclasından sonra brifinqdə bəyan edib.
O bildirib ki, Şevçenko və onun köməkçilərinin müqaviləsi 2022-ci ilin dekabrın 31-dək artırılıb.
Qeyd edək ki, Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanıb. 43 yaşlı məşqçinin əvvəlki sözləşməsi də məhz Avropa çempionatının sonuna qədər idi. Ancaq qitə birinciliyi koronavirusa görə gələn ilə keçirilib.